Can Bonomo avtomobil qəzasına uğradı

Can Bonomo avtomobil qəzasına uğradı
1344 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəni “Eurovision 2012” musiqi yarışmasında təmsil edən müğənni Can Bonomo avtomobil qəzasına uğrayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzadan yüngül xəsarətlə qurtulan Bonomo ölümdən döndüyünü söyləyib:

“Allaha şükür ki, çox şey olmadı. Yüngül yaralanan yoldaşlar var. Amma ölümdən döndük”.

Çanakkaledə konsert verməyə gedən Can Bonomo və komandasının içində olduğu avtomobil sürücünün idarəetməsindən çıxıb və dəniz sahilindəki mühafizə dirəklərinə çırpılıb. Amma dənizə bir addım qala Can Bonoma və yoldaşları hadisədən salamat qurtula bilib.