İvana Sərtə qarşı məhkəmə başladıldı

İvana Sərtə qarşı məhkəmə başladıldı
2056 dəfə oxunub
  • A-
  • A
  • A+
İş adamı Alparslan Kılıç türkiyəli modelyer İvana Sərtə və onun ortağına qarşı 623 min lirəlik (328 min dollar) məhkəmə işi başladıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Alparslan Kılıç, 2012-ci il avqust ayında İvana və şəriki Hatem Yavuzla şirkət qurmaq haqqında müqavilə imzalayıb. Tərəflər, şirkətə lazım olan məbləğin 50 faizinin Kılıç, digər 50 faizinin isə İvana və Hatem tərəfindən ödəniləcəyi ilə razılaşıb. Müqaviləyə əsasən “DDT” adlı şirkət yaradılıb. Bir ildən sonra Alparslan ortaqlığı pozmaq qərarına gəlib və qarşı tərəfin hissələrini almaq istəyib.

Alparslan  Kılıç pulunu ödədiyinə baxmayaraq səhmləri hələ də almadığını iddia edir. Məhkəməyə müraciət edən A.Kılıç pulunu faizi ilə geri istədiyini bildirib.