Emin “Xərçəng əleyhinə birləşək” layihəsində - video

Emin “Xərçəng əleyhinə birləşək” layihəsində -  video
1516 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar-müğənni Emin “Xərçəng əleyhinə birləşək” adlı sosial layihədə iştirak edib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, xərçəng xəstəliyindən əziyyət çəkənlərə yardım məqsədilə nəzərdə tutulan layihə çərçivəsində video çarx çəkilib. Çarxda tanınmış simalar yer alıb. Onlar xəstəlik haqqında danışaraq, insanları onunla bağlı daha çox məlumat əldə etməyə çağırıblar. Xəstəlikdən əziyyət çəkənlərə dəstək olublar.

Emin eyni zamanda "Master Card" xeyriyyə kampaniyanın səfiri təyin edilib.

Qeyd edək ki, çarxda Eminlə yanaşı aktrisa Darya Moroz, Marina Aleksandrova da yer alıb.