Lətifə xanımlara gözəlliyinin sirrini açdı - fotolar

Lətifə xanımlara gözəlliyinin sirrini açdı - fotolar
5285 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Lətifə Soyuöz formada qalmağının sirrini açıb.

Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçi, kökəlməmək üçün həmişə pəhriz saxladığını bildirib:

“Bir il bundan əvvəl artıq çəkidən əziyyət çəkirdim. Bundan təbii yolla xilas oldum. Formada qalmaq üçün çoxlu su və yaşıl çay içirəm. Yediklərimə diqqət edirəm. Həftədə iki dəfə balıq yeməyə çalışıram. Gündəlik qida rasionuma isə tərəvəzlər daxil etmişəm. Yeməklərdə ya kərə, ya da zeytun yağı işlədirəm. Çünki digər yağlar sağlamlığa zərərdir. Axşamlar, bəzən də səhərlər qaçıram. Dəriyə qulluq vasitələrinə çox pul xərcləyirəm. Efirə çıxdığım üçün salonlara tez-tez gedirəm. Saçıma ayda ən azı 500 manat xərcləyirəm. Bəzən ondan da çox olur. Bəzi hallarda makiyajımı özüm edirəm”.

Lətifə Soyuöz  gözəl və sağlam saçlarının sirrini də gizlətməyib:

“Saçlarıma xüsusi qulluq edirəm. İmkan tapdıqca evdə maskalar hazırlayıram. Üç-dörd qaşıq zeytun yağını, 2 bildirçin yumurtasını, 2 damcı limon şirəsini qarışdırıb, maska düzəldirəm. Saçlarıma çəkirəm. Çox canlandırır. Xanımlara məsləhət görürəm ki, təravətli görünmək istəyirlərsə, çoxlu su içsinlər”.