Birinci xanım xəstə uşağın xərclərini üzərinə götürdü

Birinci xanım xəstə uşağın xərclərini üzərinə götürdü
3595 dəfə oxunub
  • A-
  • A
  • A+

Ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Qasımov Ömərin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. 

Axşam.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva facebook hesabında yazıb. Millət vəkili Ömərin anasıyla danışdığını bildirib. Qeyd edib ki, Ömərin anası zəng edilib və Mehriban xanımın adından onu Bakıya dəvət ediblər:

“Ömərin bütün əməliyyat və müalicə işləri Mehriban xanımın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürür. İnşallah Ömər də Mehriban xanımın diqqəti və qayğısı ilə yenidən sağlığına qovuşacaq, minlərlə uşaqlar kimi ailəsi və millətimiz üçün xeyirli övlad olacaq”.