"Konsertim Laçının işğal günündə deyil" - Natavan

"Konsertim Laçının işğal günündə deyil" - Natavan
2630 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Natavan Həbibi Laçının işğal günü konsert verəcəyi haqda yayılan məlumatlara münasibət bildirib.

Axşam.az xəbər verir ki, sənətçi haqqında yayılan bu xəbərlərin ona qarşı hazırlanan növbəti qaralama kampaniyası olduğunu qeyd edib:

“Heydər Əliyev sarayının rəhbərləri ilə görüşdə də qeyd olunub ki, Laçının işğal günü mayın 18-dir. Bu xəbəri yazanlar gedib tarixi araşdırsınlar. O zaman görəcəklər ki, işğal günü ayın 18-dir. Buna hətta bu gün məni tənqid edən saytların arxivində də rast gələ bilərik. Özüm də bu məsələni araşdırmışam və bilirəm ki, Laçının işğal günü ayın 17-si deyil”.

Qeyd edək ki, Natavan Həbibi mayın 17-də Heydər Əliyev sarayında “Dinlə” adlı solo konsert proqramı ilə çıxış edəcək.