Alim Qasımovun duet ortağı aparıcı oldu

Alim Qasımovun duet ortağı aparıcı oldu
2204 dəfə oxunub
  • A-
  • A
  • A+
“Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin növbəti aparıcısı xalq artisti Alim Qasımovla birlikdə yeni layihə təqdim edən, Brilliant Dadaşovanın qarmonçusu Orxan Mirnatiqoğlu olub.

Axşam.az-ın məlumatına görə, verilişin “Top 10” bölməsində dəyişiklik baş verib. Belə ki, iki tanınmış sima- müğənni Səidə Dadaşova və Leyla Ramazanlının klipi onluğa daxil olub. Əməkdar artist Ədalət Şükürovla meyxanaçı Elmir Gəraybəylinin dueti isə həftənin birincisi seçilib.

Qeyd edək ki, veriliş həftəiçi beş gün, saat 16:00-da yayımlanır. Sözügedən layihənin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur. "Bu saat"ın informasiya dəstəyi Axşam.az saytına məxsusdur.