Açıq-saçıq səhnələrə görə 20 min cəza - video

Açıq-saçıq səhnələrə görə 20 min cəza - video
11639 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin Radio və Televiziya Şurası TV2 kanalını cəzalandırıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb telekanalda yayımlanan açıq-saçıq səhnələr olub.

Belə ki, "Seks dostluğu" filmində yer alan səhnə şura tərəfindən normalara uyğun qəbul edilməyib. Epizodlardan birində deyilən "Məndən seksdən başqa heç nə istəmədiyinə and içə bilərsən?" cümləsinin azyaşlıların fiziki, zehni və əxlaqi inkişafına mənfi təsir edə biləcəyi bildirilib. Telekanala 20 min lirə (təxminən, 8 min AZN) cərimə verilib.

Maraqlıdır ki, kanalda sözügedən kino yayımlanmayıb. Efirdə filmin yalnız treyleri göstərilib.

Qeyd edək ki, 2011-ci ildə lentə alınan kinonun baş rollarını Castin Timberleyk və Mila Kunis ifa edir.